Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K. Zərbalıyeva/
Gəncədə polis onunla birgə xidmətdə olan polis qohumunu qətlə yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 17-də saat 14:00 radələrində Gəncə şəhərinin Avtozavod adlanan ərazisində Kəpəz rayon polis şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib.
Məlumata görə, Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.