...

Azərbaycanda polis əməkdaşının intihar faktı ilə əlaqədar cinayət işi başlanıb

Hadisə Materials 10 İyun 2011 10:28 (UTC +04:00)
Ağsu rayonunda polis əməkdaşının intihar etməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.
Azərbaycanda polis əməkdaşının intihar faktı ilə əlaqədar cinayət işi başlanıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ağsu rayonunda polis əməkdaşının intihar etməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.

Rayon prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, dünən axşam 22:23 radələrində Ağsu rayon Polis Şöbəsinin qarşısında şöbənin yol polisi bölməsinin əməkdaşı, polis serjantı, 26 yaşlı Baxşıyev Asim Ərəstun oğlu xidməti tapançası ilə yol patrul maşınında özünü güllələyib.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İntiharın səbəbləri hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti