...

Tacikistanda futbol matçından sonra baş vermiş insidentin 20 iştirakçısı saxlanılıb

Hadisə Materials 15 İyun 2011 17:14 (UTC +04:00)
Çərşənbə axşamı Qulyab şəhərindəki (Tacikistanın cənubunda) stadionda baş vermiş qarşıdurmanın 20 səbəbkarı milis əməkdaşları tərəfindən saxlanılıb.
Tacikistanda futbol matçından sonra baş vermiş insidentin 20 iştirakçısı saxlanılıb

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Çərşənbə axşamı Qulyab şəhərindəki (Tacikistanın cənubunda) stadionda baş vermiş qarşıdurmanın 20 səbəbkarı milis əməkdaşları tərəfindən saxlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DİN-in mətbuat mərkəzinin rəhbəri Mahmudulla Əsədullayev RİA Novosti-yə bildirib.

"Bu gənclər "İstiqlal" (Düşənbə) və "Rövşən" (Qulyab) komandaları arasında futbol oyunu başa çatdıqdan sonra törətdikləri xuliqanlıq əməllərinə və ictimai asayişi pozduqlarına görə saxlanılıblar", - o deyib.

1:0 hesabı ilə uduzan "Rövşən" komandasının azarkeşləri oyunun nəticəsindən narazı qalaraq rəqib komandanın azarkeşlərinə daş atmağa başlayıblar. "İstiqlal"ın tərkibində oyunda iştirak edən prezidentin oğlu (Tacikistan Prezidenti İmaməli Rəhmanın) Rüstəm Rəhman xəsarət almayıb", - Əsədullayev qeyd edib.

Qarşıdırmanı aradan qaldırmaq üçün hüquq-mühafizə orqanının əməkdaşları gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etməli olublar.

"Azarkeşlərlə milis arasındakı toqquşmalar nəticəsində 10 nəfər yüngül xəsarət alıb", - o bildirib.

Xəbər lenti

Xəbər lenti