...

Şəkidə "VAZ-21099"-la "QAZel" toqquşub

Hadisə Materials 22 İyul 2011 13:04 (UTC +04:00)
Şəki şəhəri ərazisində "VAZ-21099" və "QAZel" markalı avtomaşınlar toqquşub. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəkidə "VAZ-21099"-la "QAZel" toqquşub

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Şəki şəhəri ərazisində "VAZ-21099" və "QAZel" markalı avtomaşınlar toqquşub. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, iyulun 21-də saat 18:00 radələrində Şəki şəhəri ərazisində, şəhər sakini Kamran Qafarovun idarə etdiyi "VAZ-21099" markalı və Çələbixan qəsəbə sakini Aqil Hüseynovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşub. Xəsarət almış Qafarov xəstəxanaya aparılarkən yolda ölüb, Hüseynova isə tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəbər lenti

Xəbər lenti