...

Rusiyadan Azərbaycana gələn avtobusun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayılıb

Hadisə Materials 15 Avqust 2011 15:59 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Rusiyadan Azərbaycana gələn sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.
Rusiyadan Azərbaycana gələn avtobusun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayılıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Rusiyadan Azərbaycana gələn sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, Şabran rayonunda "Mercedes" markalı avtobus qəzaya uğrayıb.

Nəticədə avtobus deformasiyaya uğrayıb, hadisə zamanı avtobusda olan 35 sərnişindən 10-u yaralanıb.

Xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən 3 yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar xəstəxanaya aparılıblar.
Digər 7 yaralıya isə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti