...

Bakı çimərliklərində oğurluq edən şəxslər tutulub

Hadisə Materials 18 Avqust 2011 13:10 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də və 16-da Novxanı qəsəbəsindəki dəniz çimərliyində, Ucar rayon sakinləri Orxan Məmmədova, Füzuli Ələkbərova və Abşeron rayon sakini Zakir Əliyevə məxsus mobil telefonlar, qızıl və şəxsi əşyalar oğurlanıb.
Bakı çimərliklərində oğurluq edən şəxslər tutulub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda çimərliklərdə oğurluq edən şəxslər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də və 16-da Novxanı qəsəbəsindəki dəniz çimərliyində, Ucar rayon sakinləri Orxan Məmmədova, Füzuli Ələkbərova və Abşeron rayon sakini Zakir Əliyevə məxsus mobil telefonlar, qızıl və şəxsi əşyalar oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Corat qəsəbə sakinləri Mahir Abdullayev və Zaur Musayev tutulublar.

Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 16-da Ceyhun Həsənova, Vurğun Məmmədova, Elşən Əfəndiyevə məxsus pul, mobil telefon, geyim əşyaları və şəxsi sənədlər oğurlamaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti