...

Bakıda avtomobil qaçıran şəxs tutulub

Hadisə Materials 18 Avqust 2011 13:24 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 17-nə keçən gecə Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Bayram Dərvişova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb.
Bakıda avtomobil qaçıran şəxs tutulub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 17-nə keçən gecə Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Bayram Dərvişova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb.

Avqustun 18-də saat 00:44 radələrində Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə qeyd edilən avtomaşının Aeroport istiqamətində hərəkətdə olması aşkar edilib.

Müvafiq tədbirlər görülməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları məlumatlandırılıb, görülmüş tədbirlər nəticəsində sürücü - Bakı şəhər sakini İlqar Əhədov Sabunçu rayonu ərazisində avtomaşınla birgə saxlanılıb və Yasamal rayon Polis İdarəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti