...

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi ərazilərində yağışların vurduğu ziyan barədə məlumat yayıb

Hadisə Materials 19 Sentyabr 2011 13:55 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi son günlər Azərbaycanın bəzi ərazilərinə yağan yağışların vurduğu ziyan barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi ərazilərində yağışların vurduğu ziyan barədə məlumat yayıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi son günlər Azərbaycanın bəzi ərazilərinə yağan yağışların vurduğu ziyan barədə məlumat yayıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Astara rayonu Ərçivan kəndi ərazisindən keçən Ərçivan çayında suyun səviyyəsi artaraq məcrasından çıxıb. Bəzi yaşayış evlərinə və təsərrüfat sahələrinə ziyan dəyib.

Lənkəran rayonu Osaküçə kəndi ərazisindən keçən Veravulçayda suyun səviyyəsi artıb, kənddaxili körpülər sel sularının təsirindən yararsız hala düşüb.

Lənkəran rayonu Təngivan kəndində yağan güclü yağışlar Bəşəru çayında suyun səviyyəsinin artmasına səbəb olub. Həmin ərazidə bəzi yaşayış evlərinə və həyətyanı sahələrə yağış suları ilə dolub.

Hazırda qeyd olunan ərazilərdə nazirliyin və aidiyyəti qurumların qüvvələri tərəfindən müvafiq tədbirlər görülür.

Həmçinin, çaylarda suyun səviyyəsinin aşağı endiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti