Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Aeroport şosesində iki avtomobil toqquşub.
Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov şənbə günü Trend-ə bildirib ki, Aeroport şosesində, "Buta Plaza"nın yaxınlığında "Nissan" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.