...

Bakıda 5 mərtəbəli binanın çardağı yanır

Hadisə Materials 27 Oktyabr 2011 15:50 (UTC +04:00)
Bakının Yasamal rayonu ərazisində 5 mərtəbəli bina yanır.
Bakıda 5 mərtəbəli binanın çardağı yanır

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir T.Hacıyev/

Bakının Yasamal rayonu ərazisində 5 mərtəbəli bina yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon şöbəsindən Trend-ə verilən məlumata görə, Hüseyn Cavid prospekti 520 ünvanda 19 saylı 5 mərtəbəli binanın çardağında başlayan yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və 3 təcili yardım maşını gəlib.

Hadisə ilə əlaqədar bu ərazidəki avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti