Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/
Bakıda vətəndaş Nazim Abdulovdan 1 ədəd kustar üsulla hazırlanmış "Naqan" tapança tapılıb. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatına görə, kustar üsulla hazırlanmış odlu silah Baş Cinayət-Axtarış İdarəsi, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi və Cəbrayıl rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub.
Məlumatda o da qeyd edilib ki, Nəsimi rayonu ərazisində yaşayan Abdulov əvvəllər də məhkum olunub.