...

AVTOVAZ-ın nümayəndə heyətinin üzvü nalayiq hərəkətinə görə Moskva-Bakı reysindən kənarlaşdırılıb

Hadisə Materials 31 Oktyabr 2011 15:36 (UTC +04:00)
Rusiya vətəndaşı Sergey Gürcüyanın KİV və sərnişinlər tərəfindən təqdim edilən formada "Azərbaycan Hava Yolları" QSC (AZAL) şirkətinin Moskva-Bakı marşrutu üzrə reysinə buraxılmaması barədə məlumat həqiqəti əks etdirmir.
AVTOVAZ-ın nümayəndə heyətinin üzvü nalayiq hərəkətinə görə Moskva-Bakı reysindən kənarlaşdırılıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Əliyev/

Rusiya vətəndaşı Sergey Gürcüyanın KİV və sərnişinlər tərəfindən təqdim edilən formada "Azərbaycan Hava Yolları" QSC (AZAL) şirkətinin Moskva-Bakı marşrutu üzrə reysinə buraxılmaması barədə məlumat həqiqəti əks etdirmir. Bu barədə Trend-ə bazar ertəsi AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, Gürcüyan Azərbaycana səfər etmək üçün təhlükəsizliyinin təmin olmasının vacibliyi barədə məlumatlandırılıb. Belə ki, o, əslən ermənidir. Bu, onun özü və onunla birgə uçan şəxslər tərəfindən sərt reaksiyaya səbəb olub. Onlar AZAL əməkdaşlarını təhqir etməyə başlayıblar. Bu da qeydiyyatdan keçən sərnişinlərin narazılığına gətirib çıxarıb.

Gürcüyanın və onunla birgə uçan sərnişinlərin nalayiq hərəkətləri səbəbindən onlar reysdən uzaqlaşdırılıblar. Buna uçuşları həyata keçirən hava yolları şirkətinin tam hüququ var.

AVTOVAZ şirkətinin əməkdaşı olan Gürcüyan nümayəndə heyətinin tərkibində Bakıya "Lada"nın yeni avtosalonunun açılışına gəlmək istəyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti