Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/
İlkin ehtimala görə, Bakı şəhərində silahlı insident şəxsi münaqişə zəminində baş verib. Bu barədə bazar ertəsi Trend-ə Xəzər rayon prokurorluğundan məlumat verilib.
Prokurorluqdan bildirilib ki, ölən və yaralanan bir-birinin yaxın qohumu olub.
Güllə yarasından 33 yaşlı Bakı sakini, Maştağa qəsəbəsi, Mirzəliyev küçəsi, ev 122 ünvanında yaşayan Hikmət Əmiralı oğlu Babayev dünyasını dəyişib. 28 yaşlı Babayevin xalası oğlu Raci Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürməyə cəhd (29, 120.2.7.) maddəsi ilə cinayət işi açılıb.
Silahlı insident bu gün saat 13:30 radələrində rayonun Zuğulba qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində "Mercedes" markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyib.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda ölümlə nəticələnən silahlı insident şəxsi münaqişə zəminində baş verib
İlkin ehtimala görə, Bakı şəhərində silahlı insident şəxsi münaqişə zəminində baş verib.