...

Bakıda şaxtalı və buzlu hava 4 avtomobilin toqquşmasına səbəb olub

Hadisə Materials 25 Noyabr 2011 15:18 (UTC +04:00)
Bakıda şaxtalı və buzlu hava 4 avtomobilin toqquşmasına səbəb olub.
Bakıda şaxtalı və buzlu hava 4 avtomobilin toqquşmasına səbəb olub

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda şaxtalı və buzlu hava 4 avtomobilin toqquşmasına səbəb olub.

Trend-in cümə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Reno" və "QAZ" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Reno" markalı avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Nərimanov rayonunda isə "Toyota" və "VAZ" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti