...

Qazaxıstanın Qızıl Orda şəhərində terrorçu məhv edilib

Hadisə Materials 29 Dekabr 2011 16:11 (UTC +04:00)
Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən cümə axşamı 1971-ci il təvəllüdlü Yerik Ayazbayevin saxlanması üzrə əməliyyat keçirilib.
Qazaxıstanın Qızıl Orda şəhərində terrorçu məhv edilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən cümə axşamı 1971-ci il təvəllüdlü Yerik Ayazbayevin saxlanması üzrə əməliyyat keçirilib. O, Aqjan Hasenin terrorçu qrupunun liderlərindən biri olub. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Baş Prokurorluğunun məlumatında deyilir.

Əvvəl xəbər verildiyi kimi, qrupun rəhbəri Aqjan Hasen və qrupun digər üzvləri bu il dekabrın 3-də aktiv silahlı müqavimət göstərmələrinə cavab olaraq hüquq-mühafizə orqanları tərəfindən Almatı vilayətinin Boralday İli qəsəbəsində məhv ediliblər.

Cinayət-axtarış orqanlarından gizlənən Ayazbayevin operativ-axtarış tədbirləri nəticəsində Qızıl Orda şəhərində Amangəldi küçəsi, 3, mənzil 80-də olduğu müəyyənləşib.

Saxlanma prosesində təslim olmaq təklifinə Ayazbayev rədd cavabı verib və Makarov tipli tapançadan atəş açıb. Nəticədə cavab atəşi ilə terrorçu məhv edilib.

Dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölən və yaralanan yoxdur.

Hadisə yerində təcili əməliyyat tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti