Hadisənin təfərrüatları əlavə olunub. İlk xəbər saat 08:56-da yayılıb.
Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bu gün səhər saatlarında Babək prospektində,"Bazarstore"yaxınlığındakı körpüdə iki avtomobil toqquşub, avtomobillərdən biri tunelə düşüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsnin növbətçi hissəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, körpüdə qara rəngli "VAZ 2107" markalı avtomobillə şirkətə məxsus kiçik yük avtomobil toqquşub.
"VAZ" 2107 tunelə düşüb. Hadisə zamanı xəsarət alan və ölən olmayıb.
Hadisə zamanı körpüdə və tuneldə qısa müddət ərzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.