Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Salyanda neftçiləri daşıyan avtobus kanala düşüb.
Salyan rayon polis şöbəsinin istintaq şöbəsinin rəisi Əlibaxış Məmiyev Trend-ə bildirib ki, bu gün səhər saatlarında rayonun Kürsəngi kəndi ərazisində "Salyan OİL" Əməliyyat Şirkətinə məxsus, sürücü Sübhan Ələsgərovun idarə etdiyi "KAVZ" markalı avtobus kanala aşıb.
Avtobusdakı sərnişinlərdən biri, şirkətin qazmaçı fəhləsi Elxas Cəfərov suda boğularaq ölüb.
Avtobusda 20-dək neftçinin olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
"Salyan OİL"-dən Trend-ə bildirilib ki, qəzaya dumanlı hava şəraiti səbəb olub.