...

Bakı Avropa Liseyinin şagirdləri evakuasiya olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 11 Yanvar 2012 12:50 (UTC +04:00)
Bakı Avropa Liseyinin şagirdləri evakuasiya olunub
Bakı Avropa Liseyinin şagirdləri evakuasiya olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Son iki abzas əlavə olunub

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda Süleyman Tağızadə küçəsində yerləşən Bakı Avropa Liseyinin qarşısında "Kamaz" markalı avtomobil aşıb.

Nəticədə orada dayanan 4-5 maşın əzilib.

Yasamal Rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yaxınlığdan keçən qaz xətti zədələndiyi liseyin şagirdləri evakuasiya olunub.

Qəza zamanı ölən və xəsarət alan yoxdur

Şahidlərin Trend-ə verdiyi məlumata görə, "Kamaz" markalı avtomobil binaya çırpılıb və aşıb.

Qəza nəticəsində qaz xətti qırılıb. Məktəb binasına qaz dolduğu üçün liseydə dərs dayandırılıb və şagirdlər evakuasiya olunublar.

Xəbər lenti

Xəbər lenti