Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/
Şamaxıda yayımı qadağan olunan külli miqdarda dini vəsaitlər aşkarlanıb.
DİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də qadağan olunmuş dini təriqətlərdən birinə meyilli Mehman Xəlilovun Şamaxı şəhərində kirayədə yaşadığı evə baxış zamanı 300 ədəd dini məzmunlu kitab, 134 ədəd disk, 2 ədəd noutbuk və 1 ədəd flaşkart aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda yayımı qadağan olunan külli miqdarda dini vəsaitlər aşkarlanıb
Şamaxıda yayımı qadağan olunan külli miqdarda dini vəsaitlər aşkarlanıb
