...

Saxalində buzlaqda qalan 700-dək balıqçı xilas olunub

Hadisə Materials 1 Aprel 2012 14:42 (UTC +04:00)
Rusiyanın Saxalin bölgəsində buzlaqlardan 675 nəfər balıqçı xilas olunub
Saxalində buzlaqda qalan 700-dək balıqçı xilas olunub

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/

Rusiyanın Saxalin bölgəsində buzlaqlardan 675 nəfər balıqçı xilas olunub. Trend-in məlumatına görə, bu barədə bazar günü Gazeta.Ru xəbər verir.

Bu gün səhər saatlarında Saxalində balıqçıların üstündə durduğu buzlaq sınıb. Buz parçası balıqçılarla bərabər sahildən 500-600 metr uzaqlaşıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, xilas olanların vəziyyəti qənaətbəxşdir, tibbi yardıma ehtiyacları yoxdur.

Xəbər lenti

Xəbər lenti