...

Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb

Hadisə Materials 12 Aprel 2012 18:56 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb.
Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə çərşənbə günü cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Yaralanan əsgərlər Göyçay rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Məmmədli Əzizxan Azad oğlu və Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hacıvev Ramiz Məhəmməd oğludur.

Nazirlikdən hazırda əsgərlərin vəziyyətinin kafi olduğunu deyiblər.

Xəbər lenti

Xəbər lenti