...

Azərbaycanda istintaq altında olan şəxs QİÇS xəstəliyindən dünyasını dəyişib

Hadisə Materials 30 Aprel 2012 11:10 (UTC +04:00)
Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan 1963-cü il təvəllüdlü Ağayev İsmayıl Məmiş oğlu müalicə oldunduğu müəssisədə dünyasını dəyişib.
Azərbaycanda istintaq altında olan şəxs QİÇS xəstəliyindən dünyasını dəyişib

Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda istintaq altında olan şəxs QİÇS xəstəliyindən dünyasını dəyişib.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan 1963-cü il təvəllüdlü Ağayev İsmayıl Məmiş oğlu müalicə oldunduğu müəssisədə dünyasını dəyişib.

Prokurorluqdan bildirilib ki, Ağayev uzun müddətdir ki, QİÇS xəstəliyindən əziyyət çəkir və xəstə kimi qeydiyyatdadır. Onun narkotik istifadəçisi olduğu və tüfeyli həyat tərzi keçirdiyi bildirilirdi.

Ağayev bu il martın 5-də polisin keçirdiyi əməliyyat zamanı qanunsuz olaraq narkotik vasitə saxlama, əldə etmə cinayətinə görə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti