Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə iki əsgərinin ölümü ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyindəki silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. Əsgər Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, Qarazadə İmişli, Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.