...

Şəkidə ağır yol qəzası olub, xəsarət alanlar var

Hadisə Materials 24 May 2012 09:30 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Məhəmmədəmin Rəsulzadə küçəsində VAZ 2107 markalı avtomobil aşıb, nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəkidə ağır yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 24 may / Trend müxbir K.Zərbalıyeva/

Şəkidə ağır yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Məhəmmədəmin Rəsulzadə küçəsində VAZ 2107 markalı avtomobil aşıb, nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mingəçevirdə "Merceds" marakalı avtomobil aşıb, 1 nəfər ölüb.

Bakı-Quba yolunun8-ci kilometrliyində, Abşeron rayonu ərazisində VAZ 21014 markalı avtomobil yolu keçən piyadanı vurub. Piyada hadisə yerinə keçinib.

Mayın 23-də respublikada 12 yol qəzası qeydə alınıb. Qəzalarda 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti