...

Bakıda üç avtomobil toqquşub, bir nəfər ölüb

Hadisə Materials 23 İyul 2012 12:01 (UTC +04:00)
Bakıda üç avtomobil toqquşub, qəza nəticəsində bir nəfər ölüb.
Bakıda üç avtomobil toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bakıda üç avtomobil toqquşub, qəza nəticəsində bir nəfər ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 22-si saat 08:30 radələrində Sabunçu qəsəbəsində Şahin Məlikovun idarə etdiyi BMW markalı avtomobillə Ramin Zərbəliyevin idarə etdiyi "Mercedes" və Ərəstun Kərimovun idarə etdiyi "VAZ 2104" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2104"-ün sərnişini Emin Hüseynov aldığı xəsarətdən xəstəxanada ölüb.

Paytaxtda baş verən daha bir yol qəzası isə piyadanın vurulması ilə nəticələnib.

İyulun 22-si saat 02:10 radələrində Ə.Yaqubov küçəsində 1981-ci il təvəllüdlü Rövnəq Abdullayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bakı şəhər sakini Statkute Sofya Antonovnanı vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti