Azərbaycan, Bakı, 30 iyul /Trend/
Bakı şəhəri, Xəzər rayonunda dənizdə (nəzarət olunmayan ərazidə) 40-45 yaşlarında olan İnqilab Oktay oğlu Nağıyev batıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.