...

Paytaxtda minik avtomobilləri toqquşub, ölənlər və xəsarət alanlar var

Hadisə Materials 20 Avqust 2012 13:21 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 02:30 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Bakı şəhər sakini Tahir Həsənov idarə etdiyi "Opel" markalı avtomaşını qarşıda gedən Vüsal İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurub.
Paytaxtda minik avtomobilləri toqquşub, ölənlər və xəsarət alanlar var

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bakıda minik avtomobilləri toqquşub, ölənlər və xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 02:30 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Bakı şəhər sakini Tahir Həsənov idarə etdiyi "Opel" markalı avtomaşını qarşıda gedən Vüsal İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurub.

Nəticədə Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Hüseyn Məmmədov, Tamilla Məmmədova, Təbriz Rüstəmov və Elşən Tağıyev xəstəxanaya yerləşdiriliblər.

Hüseyn Məmmədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti