...

Mərakeşdə avtobus aşıb, 42 nəfər həlak olub

Hadisə Materials 4 Sentyabr 2012 15:38 (UTC +04:00)
Mərakeşin mərkəzi hissəsində avtobus yarğana düşərək aşıb. Hadisə nəticəsində ən azı 42 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.
Mərakeşdə avtobus aşıb, 42 nəfər həlak olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Mərakeşin mərkəzi hissəsində avtobus yarğana düşərək aşıb. Hadisə nəticəsində ən azı 42 nəfər həlak olub, daha 24 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli KİV-ə istinadən xəbər verib.

Yol qəzası yerli vaxtla saat 02:00-də əl-Hauz vilayətində Zaqora-Mərakeş şosesində baş verib.

Yerli MAP agentliyinin məlumatına görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti