...

İmişlidə ağır yol qəzası baş verib

Hadisə Materials 6 Sentyabr 2012 12:52 (UTC +04:00)
Nəticədə Zeynalov və sərnişini Mehparə Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
İmişlidə ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

İmişlidə ağır yol qəzası baş verib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 22:00 radələrində İmişli rayonunun Allahmədətli kəndi ərazisində, rayon sakini Namiq Zeynalov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Ağsu rayon sakinləri Ruslan Məmmədovun idarə etdiyi "KamAZ" markalı, sonradan isə idarəetməni itirdiyindən qarşıda gedən Rəfayel Baxşıyevin idarə etdiyi "TATRA" markalı avtomaşınlara vurub.

Nəticədə Zeynalov və sərnişini Mehparə Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Xəbər lenti

Xəbər lenti