...

Gürcüstandan Azərbaycana gizli yolla dərman preparatları keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 11 Sentyabr 2012 12:59 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gizli yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.
Gürcüstandan Azərbaycana gizli yolla dərman preparatları keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Gürcüstandan Azərbaycana gizli yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Vaqif Nəsibovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin salonunda iki karton qutunun içindəki kitab-dəftərin altından 100 konvalyut - hər birində 10 həb olan "Finlepsin Karbamazepin 200 mq" və dörd karton qutu - hər biri 10 ampula olan "Vitamin B kompleks" dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Məlumata görə, həmçinin, "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Ülfət Ağayevin əl çantasına "Smiths HS-100100 T-is" markalı X-RAY detektoru ilə gömrük nəzarəti həyata keçirilən zaman oradan əşyalara bükülmüş vəziyyətdə 1 ədəd "beşbarmaq" aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti