...

Qubada zəncirvari yol qəzası olub, ölən var

Hadisə Materials 10 Noyabr 2012 12:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 18:00 radələrində Quba rayonunun Paşa Oba kəndi ərazisində Sumqayıt şəhər sakini Mahmud Quliyev "QAZ-31105" markalı avtomaşını idarə edərkən, yolu keçən rayon sakini Mütəllim Babayevi, sonradan isə yolun kənarında saxlanılmış "Kia" markalı və "VAZ-21074" markalı avtomaşınları vurub.
Qubada zəncirvari yol qəzası olub, ölən var

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qubada zəncirvari yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 18:00 radələrində Quba rayonunun Paşa Oba kəndi ərazisində Sumqayıt şəhər sakini Mahmud Quliyev "QAZ-31105" markalı avtomaşını idarə edərkən, yolu keçən rayon sakini Mütəllim Babayevi, sonradan isə yolun kənarında saxlanılmış "Kia" markalı və "VAZ-21074" markalı avtomaşınları vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Babayev orada ölüb, avtomaşınlara isə qismən ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti