Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ana-bala qadının üstünə bıçaq çəkib çantasını alaraq qaçıblar.
Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1984-cü il təvəllüdlü Təranə Səmədova polisə müraciət edərək bildirib ki, "Qızıltac" restoranının qarşısında Raziyə Nəsibova və qızı Lalə Nəsibova onun qarşısını kəsib və üstünə bıçaq çəkərək içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını əlindən alıb qaçıblar.
Şikayət ərizəsi ilə bağlı polisdə araşdırma başlayıb.