Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/
Noyabrın 28-də Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan İqor Volodinin evində təbii qazın sızmasından ani partlayış baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə xəsarət almış ev sahibi xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.