Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Bakının Xəzər rayonunun Pirallahı qəsəbə sakini tüstüdən böğularaq ölüb.
Trend çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəbə sakini Vladimir Şapişnikov evində odun sobasının tüstüsündən böğularaq ölüb.
Hadisə dekabrın 10-da qəsəbə ərazisində baş verib.