...

Bakıda dəniz limanında döyüş sursatı tapılıb

Hadisə Materials 25 Dekabr 2012 01:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bakının Xətai rayonunda döyüş sursatı tapılıb. bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda, dəniz limanında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm top mərmisi aşkar etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Axtarış əməliyyatlarının sonunda hadisə yerinə təkrar baxış keçirilmiş, nəticədə başqa partlayıcı qurğu və ya hərbi sursat aşkar olunmamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti