...

Türkiyədə kömür şaxtasında ölənlərin sayı səkkizə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Yanvar 2013 17:18 (UTC +04:00)
Türkiyənin Zonquldak əyalətinin Kozlu ərazisindəki kömür şaxtasındakı partlayışda həlak olanların sayı səkkiz nəfərə çatıb.

Həlak olanların sayı dəqiqləşdirilib (Birinci xəbər saat 16:09-da yayılıb)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Zonquldak əyalətinin Kozlu ərazisindəki kömür şaxtasındakı partlayışda həlak olanların sayı səkkiz nəfərə çatıb. Trend-in məlumata görə, bu barədə bazar ertəsi TRT Haber telekanalı xəbər yayıb.

Partlayış metan qazının yığılması nəticəsində baş verib.
Hazırda dağıntılar altında qalan digər mədən işçilərinin xilas edilməsi üzrə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti