Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/
Bərdədə 50 yaşlı kişi intihar edib.
Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən səhər saat 8:00 radələrində Bərdə rayon Ləmbəran kənd sakini 1963-cu il təvəllüdlü Bəylərov Elşən Zahid oğlunun meyiti evinin ayaqyolunda tapılıb.
Bəylərovun zəhərli maddə qəbul edərək intihar etidyi aşkar olunub.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.