...

Şəmkir paylayıcı elektrik şəbəkəsində yanğın baş verib

Hadisə Materials 17 Yanvar 2013 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət /

Şəmkir paylayıcı elektrik şəbəkəsində köməkçi tikili yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin(FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir şəhərində Şəmkir paylayıcı elektrik şəbəkəsinin ərazisində Yanğın baş verib. Şəbəkənin ümumi sahəsi 18 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti