...

Bakıda avtomobil dayanacağının uçması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Yanvar 2013 11:17 (UTC +04:00)
Bakıda yeraltı avtomobil dayanacağında baş verən uçqun nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
Bakıda avtomobil dayanacağının uçması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/

Bakıda yeraltı avtomobil dayanacağında baş verən uçqun nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Xətai rayon prokurorluğundan Trend-ə bildirilib ki, hadisə "Azuri parkinq" şirkəti tərəfindən Nobel prospekti, 15 ünvanında yeraltı dayanacağın tikintisi zamanı baş verib.

Tikintidə daş hasarın bərkidilməsi işləri zamanı hasar uçub. Tikintidə işləyən ustalardan Alıyev Filqət İsmayıl oğlu, Hacıyev Nicat Əlibala oğlu və Dadaşov Sabir xəsarət alıb, Qurbanov Ələsgər isə aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222-ci (tikinti, mədən işlərinin aparılmasında təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də saat 03.50 radələrində Xatai rayonunun Nobel prospektində yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən, yaxınlıqdakı köhnə divar uçub.

Nəticədə orada işləyənlər Bakı şəhər sakini Sabir Dadaşov, Gədəbəy rayon sakini Filqət Alıyev, Oğuz rayon sakini Nicat Hacıyev və Biləsuvar rayon sakini Ələsgər Qurbanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib, Ə.Qurbanov orada ölüb, digərlərinin vəziyyətləri isə ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti