...

Bakıda daha bir piyada avtomobilin qurbanı oldu

Hadisə Materials 1 Fevral 2013 09:57 (UTC +04:00)
Faktla bağlı cinayət işi açılıb.
Bakıda daha bir piyada avtomobilin qurbanı oldu

Azərbaycan, Bakı, 01 fevral /Trend, müxbir İ.İzzət/

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də axşam saat 19:00 radələrində Bakının Sabunçu rayonunda 1954-cü il təvəllüdlü sürücü Nəzirməmmədov Etibar Hacıbala oğlu idarə etdiyi "Opel Vectra" markalı 10-VS-973 dövlət qeydiyyat nişanlı avtomabillə piyada Nuriyeva Mahirə Nuru qızını vurub.

Nuriyeva hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti