Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/
On bir kiloqrama yaxın həşiş satan Zaqatala rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkartlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əliməmməd Əliyev 10 kiloqram 905 qram həşişi 60.000 ABŞ dollarına satarkən tutulub.
Əliyevin narkotik vasitəni haradan və necə əldə etdiyinin müəyyənləşdirilməsi üzrə araşdırmalar aparılır.
Faktla bağlı cinayət işi açılıb.