...

Bakıda narkotik aılıcısı və satıcısı saxlanılıb

Hadisə Materials 15 Aprel 2013 11:54 (UTC +04:00)
Səbail rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Bakıda narkotik aılıcısı və satıcısı saxlanılıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Səbail rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi (NMİ) və Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Roman Məmmədov saxlanılıb. Məmmədovun üzərində keçirilən baxış zamanı ondan 6 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsinə ona narkotik vasitəni satan şəxsin Elman Abbasov olduğu də müəyyən edilib. Abbasovun yaşadığı Mirzəyev küçəsindəki evinə baxış keçirilən zaman isə oradan 480 qramdan artıq marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti