...

Abşeronda avtomobilini digər avtomobilə, sonra hasara çırpan sürücü öldü

Hadisə Materials 25 Aprel 2013 12:50 (UTC +04:00)
Abşeron rayonu Pirəkəşkül kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Abşeronda avtomobilini digər avtomobilə, sonra hasara çırpan sürücü öldü

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu Pirəkəşkül kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 24-də saat 23.55 radələrində Abşeron rayonu Pirəkəşkül kəndinin ərazisində kənd sakini Mərdan Həsənov idarə etdiyi "VAZ-21063" markalı avtomaşını yolun kənarında saxlanılmış Şəmkir rayon sakini Elşad Əsədova məxsus "VAZ-21074" markalı avtomaşına, sonra isə yolun kənarındakı hasara vurub.

Nəticədə Həsənov hadisə yerində ölüb.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti