Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi Bakıda sərnişin qatarı ilə yük avtomobilinin toqquşmasına dair məlumat yayıb.
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 7-də saat 22.55 radələrində Zabrat-Pirşağı yolunun 29-cu km-də qorunmayan keçiddə Samux rayon sakini Habil Quliyev idarə etdiyi "Shacman" markalı avtomaşını Bakı-Moskva sərnişin qatarına vurub.
Nəticədə xəsarət almış H.Quliyev, habelə maşinist Tofiq Dünyamalıyev, maşinist köməkçisi Şəmsəddin Babayev və vaqon bələdçisi, Rusiya Federasiyası vətəndaşı Aleksandr Qusev xəstəxanaya yerləşdirilmişlər. H.Quliyevin, T.Dünyamalıyevin, Ş.Babayevin vəziyyətləri qənaətbəxş, A.Qusevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunmuşdur.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyi Bakıda sərnişin qatarı ilə yük avtomobilinin toqquşmasına dair məlumat yayıb