...

Axşam saatlarında baş vermiş yanğın hadisələrinin qarşısı alınıb

Hadisə Materials 12 May 2013 09:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend /

Axşam saatlarında baş vermiş yanğın hadisələrinin qarşısı alınıb. Trend bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Mingəçevir şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti