...

FHN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 15 May 2013 19:41 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 89-cu kilometrliyində, Qobustan rayonu ərazisində vətəndaşa məxsus "Hyundai" markalı mikroavtobusla "Kamaz" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, "Hyundai" markalı mikroavtobusun sürücüsü Azər Ağayev hadisə yerində vəfat edib, 2 nəfər sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən A.Ağayevin meyiti və 2 nəfər sərnişin müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti