Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Babək rayonu ərazisində "Hyundai" markalı avtomaşınla vurulmuş rayon sakini ölüb. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 25-də Naxçıvan MR, Babək rayonu ərazisində Türkiyə vətəndaşı Zəkəriyyə Bakir Əsəd oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla Babək rayon sakini Aban Abbasovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Abbasov mayın 27-də orada ölüb.
Faktla bağlı Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.