Azərbaycan, Bakı, 2 iyun /Trend/
Praqa dövlət nəqliyyat idarəsi subasma təhlükəsilə əlaqədar 8 metro stansiyasını bağlayıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bağlanan stansiyalar sırasında "Starometska", "Malostranska", "Florens", "Krjijikova", "İnvalidovna", "Palmovka", "Vltavska" və "Nadraji Qolevoşiçe" var.
Praqa dövlət nəqliyyat idarəsinin məlumatına görə, Vltavedə gözlənildiyindən daha tez subasma baş verib.
Qeyd ki, subasma təhlükəsilə əlaqədar dövlət orqanları paytaxtda hərəkəti və işi məhdudlaşdırmağa, eyni zamanda, köçürmələrə başlayıb. Hətta, hökumət subasma ilə mübarizənin yollarını müzakirə etmək üçün müşavirə də keçirib.
Xatırladaq ki, hazırda Vltavedə saniyədə 1490 kubmetr su axını var. 1500 kubmetr təhlükəli hədd hesab edildiyindən Çexiya dövləti qabaqlayıcı tədbirlər görmək niyyətindədir.