Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini tərəfindən Filippin vətəndaşını dayə qismində dəvət etməklə zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhər sakini Aynurə Mehdiyeva Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət edərək onun şəxsiyyətini təsdiq edən sənədini götürüb.
Məlum olub ki, Mehdiyeva bu il mayın 20-dən iyunun 10-dək olan müddət ərzində fərdi iş icazəsi almadan filippinli dayəyə qarşı zor tətbiq etməklə onun əməyini istismar edib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatda dayənin adı və soyadı açıqlanmır.