...

DİN Bakıda aşmış avtobusla bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 9 İyul 2013 13:16 (UTC +04:00)
Suraxanı rayonu ərazisində “Temsa” markalı sərnişin avtobusu aşıb.
DİN Bakıda aşmış avtobusla bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Suraxanı rayonu ərazisində "Temsa" markalı sərnişin avtobusu aşıb.

Trend Daxili işlər Nazirlyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 8-də saat 09.40 radələrində Suraxanı rayonu Balandin küçəsində Bakı şəhər sakini Mütəllim Quliyev idarə etdiyi "Temsa" markalı sərnişin avtobusunu aşırıb.

Nəticədə avtobusun 14 sərnişini xəsarət alıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti